29 iyul – 3 avqust 2026-cı il tarixlərində Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və YAP Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev məktəbi” layihəsi keçirilib.
Layihədə Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli də iştirak edib.
Layihə çərçivəsində iştirakçılar Gəncə şəhərinin tarixi-mədəni abidələri ilə tanış olub, müxtəlif mövzularda keçirilən diskussiyalarda, komanda oyunlarında və digər maarifləndirici tədbirlərdə iştirak ediblər.
Bununla yanaşı, layihə çərçivəsində işğaldan azad edilmiş Ağdam, Xankəndi, Şuşa və Laçın şəhərlərinə səfər təşkil olunub. Səfər zamanı iştirakçılar həmin bölgələrin tarixi, mədəni irsi, coğrafiyası, eləcə də aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olublar


