17 aprel 2026-cı il tarixində Naxçıvan Müəllimlər İnstitutunda magistratura səviyyəsində təhsil alan tələbələrin elmi-tədqiqat və elmi-pedaqoji təcrübəsinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Konfransı giriş sözü ilə İnstitutun rektoru vəzifələrini icra edən, Tədris işləri üzrə prorektor Elşən Məmmədov açıb. O, magistrantların elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətinin ali təhsil sistemində əhəmiyyətindən danışaraq qeyd edib ki, nəzəri biliklərin pedaqoji təcrübə ilə uzlaşdırılması gələcək müəllimlərin peşəkar formalaşmasında mühüm rol oynayır. Elşən Məmmədov çıxışının sonunda magistrantları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda Magistratura şöbəsinin müdiri Qızıltac Şahbazova çıxış edərək magistrantların elmi-tədqiqat və elmi-pedaqoji təcrübə müddətində qazandıqları bilik və bacarıqları yüksək qiymətləndirib, onların gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Pedaqoji təcrübə rəhbəri Gülmira Əsədova çıxış edərək magistrantların təcrübə dövründə təhvil verdiyi sənədlər, onların pedaqoji fəaliyyətə hazırlanması, əldə etdikləri praktik bilik və bacarıqlar barədə ətraflı məlumat verib.
Konfransın davamında magistrantların çıxışları dinlənilib. Onlar təmsil etdikləri ixtisaslar üzrə elmi-tədqiqat və elmi-pedaqoji təcrübə müddətində əldə etdikləri nəticələri təqdim edib, aparılmış araşdırmalar və tətbiq olunan müasir təlim metodları barədə məlumat veriblər.


