Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, pedaqogika üzrə elmlər doktoru Kamal Camalov Türkiyənin Ankara şəhərində keçirilən beynəlxalq konfransda çıxış edib.
Baş tutan konfransda Kamal Camalov tədqiqatçı İmran Abdinin “Rusiya imperiya ordusunun Azərbaycan alayı” adlı monoqrafiyasının təhlilinə həsr olunmuş məqalə ilə çıxış edib. Çıxış konfransın professor-müəllim heyəti tərəfindən yüksək qiymətləndirilib və sertifikatla təltif olunub.
Qeyd edək ki, bu cür beynəlxalq elmi tədbirlərdə iştirak Azərbaycan elminin beynəlxalq səviyyədə təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu münasibətlə əməkdaşımızı təbrik edir, fəaliyyətində yeni uğurlar arzulayırıq.

