NMİ- də əməyin mühafizəsi və təhlükəsiz təhsil mühiti mövzusunda seminar keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil müəssisəsində əməyin mühafizəsi və təhlükəsiz təhsil mühitinin yaradılması” mövzusunda seminar keçirilib. Tədbirdə institutun rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşlar iştirak ediblər.
Seminarı giriş sözü ilə açan institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov təhsil müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasının əhəmiyyətindən danışıb. Bildirilib ki, sağlam və təhlükəsiz təhsil mühitinin formalaşdırılması həm əməkdaşların, həm də tələbələrin təhlükəsiz fəaliyyətinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra Ümumi işlər üzrə prorektor Xəyal Camalov çıxış edərək təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində görülən işlər, təhlükəsizlik tədbirlərinin təşkili və bu istiqamətdə aparılan nəzarət mexanizmləri haqqında məlumat verib.
Seminarda həmçinin mülki müdafiə üzrə baş inspektor Ramal Bəhlulov mövzu ilə bağlı məruzə ilə çıxış edərək fövqəladə halların qarşısının alınması, təhlükəsizlik qaydalarına əməl olunması və əməkdaşların bu sahədə maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və təhlükəsiz təhsil mühitinin yaradılması istiqamətində görüləcək tədbirlər müzakirə olunub.