NMİ Elmi Şurasının növbəti iclası keçirilib

27 fevral 2026-cı il tarixdə Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib.
İclası tədris işləri üzrə prorektor, rektor vəzifələrini icra edən dos. Elşən Məmmədov açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib və 2025–2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrini diqqətə çatdırıb. O, sessiyanın yekun göstəricilərini təhlil edərək qarşıda duran vəzifələrdən danışıb.
Elm və innovasiya məsələləri üzrə prorektor dos. Qurban Qurbanlı 2025-ci il üzrə institutun elmi nəşr fəaliyyətinin yekun hesabatını təqdim edib, elmi nəticələrin artırılması istiqamətində görülən işləri qeyd edib.
Strateji inkişaf və keyfiyyət təminatı bölməsinin müdiri Aytəkin Əliyeva keyfiyyət təminatı sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran prioritetlər barədə çıxış edib.
Elmi katib, dosent Azad Novruzov cari tədris ilinin yaz semestri üçün institut üzrə adlı təqaüdlərə namizədlərin təsdiqi və iddiaçıya dosent elmi adının verilməsinin tövsiyə edilməsi məsələlərini təqdim edib.
Pedaqoji təcrübə rəhbəri Gülmira Əsədova pedaqoji təcrübənin təşkili vəziyyəti və bu sahədə görülmüş işlər haqqında məlumat verib.
Maliyyə şöbəsinin müdiri Emin Məmmədov 2025-ci maliyyə ilində institutda maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair hesabatla çıxış edib.
Müzakirələrdən sonra gündəlikdə duran məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
Sonda payız semestrinin imtahan sessiyasında səmərəli fəaliyyət göstərmiş bir qrup əməkdaş institut rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olunub.
Eyni zamanda, institutun Həmkarlar İttifaqı Komitəsinin sədri Xatın Ağayeva doğum günü münasibətilə təbrik edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.