Naxçıvan Müəllimlər İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti və tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları üzərinə qərənfillər düzülüb, xatirələri ehtiramla yad edilib.