Naxçıvan Müəllimlər İnstitutunda tələbələrin fövqəladə hallar vəziyyətində təhlükəsizliyinin təmin olunması məqsədilə növbəti maarifləndirici görüşlər keçirilib. Görüşlərdə institutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov və NMİ-nin Mülki müdafiə məsələləri üzrə baş inspektoru Ramal Bəhlulov tərəfindən tələbələrə dəm qazı təhlükəsi, elektrik avadanlıqlarından düzgün istifadə və ümumi təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib.
Maarifləndirici söhbətlər zamanı məişətdə baş verə biləcək risklər, fövqəladə halların qarşısının alınması yolları, həmçinin sağlam həyat üçün təhlükəsizlik qaydalarına ciddi əməl etməyin vacibliyi vurğulanıb.
Qeyd edək ki, bu cür maarifləndirici tədbirlər institutda mütəmadi olaraq həyata keçirilir və tələbələrin təhlükəsizlik biliklərinin artırılmasına xidmət edir.

