NMİ kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

12 dekabr 2025-ci il tarixində Naxçıvan Müəllimlər İnstitutunun rəhbərliyi, professor, müəllim və tələbə kollektivi Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən büstünü ziyarət edib. Anım günü münasibətilə təşkil olunan ziyarətdə iştirakçılar Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.