ziz tələbələr və gənc yazarlar!
Sizi Naxçıvan Müəllimlər İnstitutunun 25 illik yubileyinə və görkəmli şair Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilmiş “Gənclik və Vətən: bir yolda iki güc” mövzusunda esse müsabiqəsində iştirak etməyə dəvət edirik.
Müsabiqənin məqsədi tələbə-gənclərin vətənpərvərlik ruhunda inkişafına töhfə vermək, onları Bəxtiyar Vahabzadənin milli ruhu ucaldan ədəbi nümunələri üzərində yaradıcı düşüncəyə stimullaşdırmaq, onlara Vətən anlayışını görkəmli şairə xas anlamda – yəni coğrafi məkan kimi deyil, mənəvi varlıq, kimlik və həyat fəlsəfəsi kimi dərk etmək və dəyərləndirmək, öz duyğularını yaradıcı üslubda ifadə etmək bacarıqlarını nümayiş etdirmək imkanları yaratmaqdır.
Müsabiqədə iştirak etmək istəyən tələbələr “Gənclik və Vətən: bir yolda iki güc” mövzusunda esselərini 10 dekabr 2025-ci il tarixinədək musabiqe@nmi.edu.az elektron poçt ünvanına göndərə bilər.
Müsabiqəyə təqdim olunan esselər Azərbaycan dilində, MS Word mətn redaktorunda, Times New Roman şrifti ilə 12 ölçüdə, 2-3 səhifə həcmində tərtib olunmalıdır. Mətnin yuxarı sağ küncündə tələbənin adı, soyadı və ata adı; ixtisası və kursu; elektron poçt ünvanı; mərkəzdə essenin adı olmalıdır.
Təqdim edilən esselərin dəyərləndirilməsi və seçimi Təşkilat Komitəsinin müəyyən etdiyi münsiflər heyəti tərəfindən aparılacaqdır. İlk 3 (üç) yerin qalibi uyğun diplomlarla təltif ediləcək və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Qalib elan edilmiş esselər NMİ-nin rəsmi saytında, sosial media hesablarında dərc olunacaqdır.
Müsabiqədə yalnız Naxçıvan Müəllimlər İnstitutunun tələbə, magistrant və doktorantları iştirak edə bilər.
Təşkilat Komitəsi

