Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib
Pedaqoji fakültənin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, dosent Fəxriyə Cəfərovanın rəhbərliyi və İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan birinci kurs tələbələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-böyük tarixi şəxsiyyət” adlı tədbir keçirilib.
Tədbirdə iştirak edən institutun rektoru Azad Novruzov çıxış edərək bildirib ki, Ulu öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Rektor vurğulayıb ki, Ümummilli Liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ssenari müəllifi Fəxriyyə Cəfərova, bədii rəhbəri musiqi müəllimi İncəsənət kafedrasının müəllimi Cəlaləddin Əliyev olan tədbirin bədii hissəsində tələbələrin ifasında mahnı, şeir nümunələri səsləndirilib, kompozisiya nümunələri nümayiş etdirilib.
Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.