Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilmişdir
Naxçıvan Müəllimlər İnstitutu Tələbə Həmkərlar İttifaqı Komitəsinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin iştirakı ilə ilə Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilmişdir. Oyununda iştirak edən komandaların əldə etdiyi nəticələrə görə qaliblər müəyyən edilmişdir. Naxçıvan Dövlət Universitetinin “Qasırğa” komandası I yerin, Naxçıvan Müəllimlər İnstitutunun “Xudafərin” komandası II yerin və NDU-nun “Həkimlər” komandası III yerin qalibi olmuşdur.
Sonra NDU-nun yarışda iştirak edən bir qrup tələbəsi NMİ-nin maddi texniki bazası və tədris imkanları ilə tanış olmuşlar.