Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqlarının Vll Hesabat-Seçki Konfransında iştirak etmişdir.

469055866_1123419602772823_1457560406158436145_n
Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli 02 dekabr 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqlarının Vll Hesabat-Seçki Konfransında iştirak etmişdir.
Konfransda İttifaqın 2022-2024-cü illər üzrə fəaliyyətini əks etdirən hesabat dinlənilmiş, eləcə də İttifaqın dövlət gənclər siyasətinin icrasındakı rolu, bu istiqamətdə tərəfdaşlarla birlikdə həyata keçirdiyi kütləvi layihələrin əhəmiyyəti, tələbələrin yeni reallıqlara uyğun öz sahələrində daha fəal olmalarının vacibliyi vurğulanmışdır.
Daha sonra konfransda 2024-2026-cı illər İttifaqın İdarə Heyəti seçkilərinin nəticələri elan olunmuşdur.