Naxçıvan Müəllimlər İnstitunun tələbələri Ordubad rayon İnternat Məktəbinin qonağı olub.

469165489_1123418749439575_4940142516502372841_n

Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Ruhəngiz Əliyeva İnstitutun Təbiət və İncəsənət fakültəsi və Pedaqogika fakültəsində təhsil alan II kurs tələbələri ilə Ordubad rayon İnternat Məktəbinin qonağı olub. Müəllimə bildirdi ki, : “Bu təşəbbüsü həyata keçirməyimizə bizə şərait yaradan Naxçıvan Şəhər Təhsil Nazirliyinə və İnternat Məktəbinin direktoru Məzahir Xəlilova xüsusi minnətdarlığımızı bildiririk. Belə görüşlərin tələbələrimizin mənəvi dünyasının zənginləşməsinə, birlik, bərabərlik, mənəvi dəyərlərin, doğmalıq və paylaşmaq duyğularının formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərdiyinin bir daha şahidi olduq. Görüşdə Ordubad rayon Təhsil şöbəsinin Baş mütəxəsisləri Ülviyyə Əliyeva və Sevinc Süleymanlı iştirak etdilər, onlara öz dərin təşəkkürümüzü bildiririk. Uşaqlar ölkənin gələcəyidir. Dövlətimizin diqqət və qayğısı ilə İnternat Məktəbində yaradılan yüksək şərait, təhsil avadanlıqları, qayğıkeş müəllim heyyəti güclü ölkəmizin gələcək vətəndaşlarına olan diqqət və qayğısından xəbər verir. Buradakı uşaqlar bütün lazımi vasitlərlə, böyük qayğı ilə əhatə ediliblər. Bu uşaqlar ata-anaları ilə bir yerdə olmasalar da, dövlətimiz onlara ata və anadır. Çünki, onlar hər cür qayğı ilə əhatə olunurlar. Görüş zamanı tələbələr uşaqlarla söhbət etdi, onlarla maraqlı və əyləncəli oyunlar oynadı. Bir neçə saatlıq sevgiylə, qayğıyla keçən görüş həm tələbələrimizdə, həm də şagirdlərdə xoş təəssürat, mənəvi yüksəliş yaratdı.” Əməkdaşımıza təşəkkür edirik.