Rektor rəsm müsabiqəsində qalib olan tələbələrlə görüşüb

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifələrini icra edən dosent Elşən Məmmədov Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 10–17 Noyabr Beynəlxalq Tələbə–Gənclər Həftəsi çərçivəsində təşkil olunan rəsm müsabiqəsində qalib gəlmiş tələbələr-İnci Rəhimli və Leyla Əhmədova ilə görüşüb.
Görüş zamanı rektor tələbələri əldə etdikləri uğura görə təbrik edib, onların yaradıcılıq potensialını yüksək qiymətləndirib. O bildirib ki, tələbələrin bu kimi nailiyyətləri institutda yaradıcı mühitin formalaşmasına, tədris və tərbiyə prosesinin daha da zənginləşməsinə müsbət təsir göstərir.
Sonda dosent Elşən Məmmədov qalib tələbələrə diplomlarını təqdim edib, görüş xatirə fotosu ilə yekunlaşıb.