Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov intelektual oyunun qalibləri ilə görüşüb.

467333991_1112639823850801_4153942198128109051_n

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov “10-17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi” ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrin tələbələri arasında keçirilən “Nə? Harada? Nə zaman?” intelektual oyununda III yerin qalibi olan Naxçıvan Müəllimlər İnstitutunun “Victory” komandasının üzvləri ilə görüşüb, gənclərin asudə vaxtlarının səmərəli təşkilinin əhəmiyyətindən danışıb, qalib olan tələbələrə bundan sonrakı fəaliyyətlərində uğurlar arzu edib.