2024-cü ildə icra edilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.

467397752_1110816064033177_3198789738778137507_n

Naxçıvan Müəllimlər İnstitutunda 2024-cü ildə icra edilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir. Konfransın acılış mərasimində institutun rektoru Azad Novruzov çıxış edərək bildirib ki, ölkəmizdə aparılan ali təhsil siyasətində elmi tədqiqatlara xüsusi önəm verilir. Rektor diqqətə çatdırıb ki, bu gün elm sahəsində dövlət siyasətinin əsas prioritet istiqamətləri ali təhsil müəssisələrində nəzərə alınmaqla, “Təhsil-Tədqiq-Tətbiq” üçlüyünün vəhdətinin aparıcı hədəfə çevrilməsi, ayrı-ayrı elm sahələri üzrə elmi tədqiqatların inteqrativ xarakterinin formalaşdırılması, elmi innovasiya tipli tədqiqatların üstün mövqeyə çıxarılması, elmi istiqamətlərin qarşılıqlı əlaqəsi əsasında yeni elmi nəticələrin əldə olunmasının və tətbiqininin təmin edilməsi əsas vəzifələrdən sayılır. İcra edilən işlər bu vəzəfələrdən irəli gələn tələblərə cavab verməli, həm də ATM-in profilinə, kadrlarının dərəcə və ixtisaslarına, infrastruktura və maddi-texniki bazaya uygun olaraq nəticəyönümlü olmalıdır. Hazırkı konfransın əsas məqsədi institutun akademik heyəti tərəfindən 2024-cü ildə icra edilmiş planlaşdırılmış elmi tədqiqat işlərinin elmi nəticələrini və təklifləri mütəxəssislərin müzakirəsinə təqdim etməkdən ibarətdir. Bu məqsədlə elmi nəticələrin ayrıca toplu şəklində nəşr edilməsi və institutun rəsmi internet saytında yerləşdirilməsi planlaşdırılır. Konfransın açılş mərasimində institutun elm və innovasiya məsələləri üzrə prorektoru filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı və elmi fəaliyyətinin təşkili və təhlili üzrə baş metodisti Gülnar Hüseynova çıxış etdilər. Çıxışlarda hesabat ilində institutuda 8 kafedra üzrə 87 nəfərinin planlaşdırılmış elmi-tədqiqat işi icra etdiyi bildirildi. Kafedralar üzrə professor-müəllim heyətinin əvvəlcədən təsdiq olunmuş qrafik əsasında təşkil və müzakirə olunan elmi fəaliyyətin yekunlarına dair məlumatlar konfrans iştirakçılarının diqqətinə çatdırıldı. Sonra konfrans öz işini 11 paneldə 87 nəfər professor-müəllim heyətinin iştirakı ilə uğurla davam etdirib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.