“17 noyabr Milli Dirçəliş Günü” münasibətilə dəyirmi masa keçirilib.

467253911_1110689284045855_1911676494253836944_n
Naxçıvan Müəllimlər İnstitutunda “17 noyabr Milli Dirçəliş Günü” münasibətilə dəyirmi masa keçirilib.
16 noyabr 2024-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunun Magistratura və doktorantura şöbəsinin, Humanitar və ictimai fənlər kafedrasının, eləcə də Tələbə Gənclər Təşkilatının birgə təşəbbüsü ilə “17 Noyabr – Milli Dirçəliş Günü” münasibətilə dəyirmi masa keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və müstəqil Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Tədris işləri üzrə prorektor Elşən Məmmədov tədbiri açıq elan edərək bu günün tarixi əhəmiyyətindən, müstəqillik yolunda atılmış addımlardan, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq dəyirmi masanın işinə uğurlar arzulayıb.
Dəyirmi masada məruzəçi qismində Humanitar və ictimai fənlər kafedrasının müəllimi Aslan İbrahimov çıxış edərək 1988-1990-cu illərdə Azərbaycanda baş vermiş xalq hərəkatının, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin müstəqillik üçün atılan ilk addım olduğunu qeyd edib.
Tədbirdə iştirak edən magistrantlardan Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə I kurs tələbəsi Ceyran İsayeva mövzu ilə bağlı çıxış edərək müstəqilliyin əldə olunmasında və qorunub saxlanılmasında baş vermiş siyasi çətinliklərdən və Azərbaycanın uğurlu inkişaf yolundan danışıb.
Daha sonra dəyirmi masa müzakirə şəklində davam edib, fikir bildirənlər bir vətəndaş kimi ölkəmizin inkişafı naminə daha çox çalışacaqlarını qeyd ediblər.
Sonda “17 Noyabr – Milli Dirçəliş Günü”nə həsr olunmuş videoçarx təqdim olunub.