Naxçıvan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimləri üçün ixtisasartırma  təliminə start verilmişdir

18 noyabr 2019-cu il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimləri üçün ixtisasartırma  kursununun başlanğıc konfransı olmuş, təlimlərə start verilmişdir. Başlanğıc konfransını institutun İxtisasartırma və yenidən hazırlanma üzrə prorektoru Azad Novruzov açaraq institutda müəllimlərin peşəkar inkişafının yüksəldilməsi üçün yaradılmış müasir şəraitdən və dövlət qayğısından bəhs edərək vurğulamışdır ki, institutda pedaqoji kadrların ixtisasının artırılması və təkmilləşdirilməsi işinin təşkili haqqında məlumat vermiş, diplomdansonrakı təhsilin təşkilinə verilən tələblərdən danışmışdır. O, qeyd etmişdir ki, hazırkı kurs  ibtidai siniflərdə  “Ana dili” fənnindən şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi mövzusuna həsr ediləcəkdir. Kursda “Oxu modelləri”, “Oxu təlimində istifadə olunan üsullar,” “Oxuya verilən tələblər”, “ Köməkçi oxu metodlarından istifadə və səmərəli oxu strategiyalarının tətbiqi” və s. mövzularda təlimlər keçiriləcəkdir.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək dövlətimizin təhsilə xüsusi diqqət və qayğısından danışaraq, müəllimlərin işə qəbulu onların bilik səviyyələrini yoxlamaqla həyata keçirilməsi və ümumtəhsil məktəblərində müəllimlərin peşəkar fəaliyyətinin artırılması məqsədilə kursların təşkil olunmasından danışdı.

İnstitutun “ Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi Tamara Baxşəliyeva ”Strategiyalı oxu və onun təşkili” mövzusunda məruzə ilə çıxış etdi.

Kurs müdavimlərin anket sorğusu ilə öz işinə başladı.