“Orta məktəb riyaziyyat kursunda şagirdlərin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi”mövzusunda dəyirmi masa keçilmişdir.

İnstitutun Riyaziyyat və tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə ixtisasartırma təqvim-tematik planına uyğun olaraq “Orta məktəb riyaziyyat kursunda şagirdlərin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi”mövzusunda dəyirmi masa keçilmişdir. Dəyirmi masada kafedra əməkdaşları və Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin 20 nəfər riyaziyyat müəllimi iştirak etmişdir. Dəyirmi masada kfedranın dosenti Rövşən Həsənovun mövzu haqqında elmi-metodiki məruzəsi dinlənilmiş, sonra mövzu ətrafında müzakirələr aparılmışdır.