NMİ tələbələri rəsm müsabiqəsində birinci və ikinci yerlərə layiq görülüb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 10–17 Noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi çərçivəsində təşkil etdiyi rəsm müsabiqəsində Naxçıvan Müəllimlər İnstitutunun tələbələri uğur qazanıblar.
Müsabiqənin nəticələrinə əsasən, İnci Rəhimli birinci, Leyla Əhmədova isə ikinci yerin qalibi olub.
Tələbələrimizi əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Qaliblər 17 noyabrda keçiriləcək Beynəlxalq Tələbə-Gənclər Həftəsinin yekun tədbirində mükafatlandırılacaqlar.