ADA Universitetinin əməkdaşları institutun buraxılış kurs tələbələri ilə görüşmüşlər

14 noyabr 2019-cu il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda ADA Universitetinin əməkdaşları institutun buraxılış kurs tələbələri ilə görüşmüşlər. Görüşdə tələbələrə müxtəlif istiqamətlərdə bakalavriat və magistratura proqramları və video təqdimat əsasında  ADA Universitetinin tədris imkanları haqqında məlumat verilmişdir.

Universitetin əməkdaşları tələbələrə gələcəkdə ADA Universitetində təhsil almaq və kariyera qurmaq biliklərini formalaşdırmaq istiqamətində öz şəxsi təcrübələri əsasında mühazirələr oxumuşlar. Görüş tələbələrin fəallığı ilə keçmiş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.