“Şuşa, sən azadsan!” filminə kollektiv baxış olub

400273957_856834136098039_2021321488006139311_n
Naxçıvan Müəlllimlər İnstitutunda “Şuşa, sən azadsan!” filminə kollektiv baxış olub
Naxçıvan Müəlllimlər İnstitutunda Naxçıvan Dövlət Film Fondu ilə birgə təşkil edilmiş tədbirdə “Şuşa, sən azadsan!” filminə kollektiv baxış olmuşdur. 2021-ci ildə çəkilmiş bu sənədli-bədii ekran əsərinin gənclər üçün nümayişi “8 Noyabr Zəfərinin üçüncü ildönümü”-nə və “9 Noyabr-Bayraq Günü”nə həsr edilmişdir.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Naxçıvan Müəlllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev və Tələbə Gənclər Təşkilatının sədri Aygül Məmmədova çıxış etmişlər. Çıxışlarda Ulu öndər Heydər Əliyevin, Ali Baş Komandan İlham Əliyevin dəyərli fikirləri səsləndirilib. Bildirilib ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının maraqlı detallarının əks etdirildiyi filmdə bu əməliyyatın iştirakçıları olmuş şanlı Azərbaycan əsgər və zabitləri ilə müsahibələr, Şuşa şəhəri uğrunda döyüşlərin gedişatında çəkilmiş eksklüziv kadrlar təqdim edilir.