Naxçıvan Müəllimlər İnstitutunda  “Alqoritmi dünyaya tanıdan alim” adlı tələbələrin elmi-praktik konfransı  keçirilmişdir

 

13 noyabr  2019-cu il tarixində Naxçıvan Müəllimlər İnstitutunda “Təbiət və incəsənət” fakültəsinin  “Ali  riyaziyyat  və  informatika” kafedrasının  təşkilatçılığı   ilə  “Alqoritmi dünyaya tanıdan alim”  adlı tələbə elmi-praktik konfransı  keçirilmişdir.

Tədbiri giriş sözü ilə İnstitutun  rektoru  Elbrus  İsayev  açaraq bildirdi ki,  riyaziyyatın fundamental sahəsi olan alqoritmlər bölməsinə həsr olunmuş riyaziyyat  informatika müəllimliyi ixtisası IV kurs tələbələrinin təşkil etdiyi elmi-praktik konfrans təqdirəlayiqdir. İnstitutumuz tarixində ilk dəfə idi ki, tələbələrin təşkilatçılığı  və iştirakı ilə konfrans keçirilmişdir.

Sonra  “Ali riyaziyyat və informatika” kafedrasının   IV kurs tələbələri Günel İsayeva, Şəkər Vəliyeva, Songül Cavadova, Nursel Allahverdiyeva, Gülən Hüseynli və İlham İsmayılovun görkəmli riyaziyyatçı  Əl- Xarəzm ilə bağlı hazırladıqları çıxışlar dinlənildi. Çıxışlarda alqoritmin növləri, xassələri, tətbiq sahələri və başqa fənlərlə inteqrasiyası  haqqında məlumat verildi. Sonda isə tələbələrin hazırladığı videoçarxa baxış oldu.

Yekun olaraq rektor Elbrus İsayev çıxış edən tələbələrə  öz minnətdarlığını bildirdi və  təklif etdi ki, tələbələrin hazırladığı mövzular müəllimlərin rəhbərliyi altında məqalə şəklində işlənib Naxçıvan Müəllimlər İnstitutunun “Elmi əsərlər” jurnalında çap olunsun.