Naxçıvan Müəllimlər İnstitutunun kollektivi Zəfər Parkını ziyarət edib

8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə Naxçıvan Müəllimlər İnstitutunun kollektivi Naxçıvan şəhərində yerləşən Zəfər Parkını ziyarət edib.
Ziyarət zamanı institutun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərin xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.
Tədbir iştirakçıları Prezident İlham Əliyevin “Biz bu Qələbəni şəhidlərimizin qanı, xalqımızın birliyi və Ordumuzun gücü ilə qazandıq” sözlərini dərin qürur hissi ilə xatırlayıblar.
Zəfər Parkına edilən bu ziyarət şəhidlərimizin xatirəsinə ehtiramın, Qələbə sevincinə və milli birliyə sədaqətin bir ifadəsi olub.
Aygül Məmmədova
NMİ Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis