Naxçıvan Müəllimlər İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili və COP29-a həsr olunmuş elmi-nəzəri konfrans keçirilib

465756562_1103345178113599_1843700900755100787_n
Bu gün institutun Ümumi işlər üzrə prorektorluğunun, Pedaqoji fakültə dekanlığının və Azərbaycan dili və ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik gələcək nəsillər üçün ən gözəl yatırımdır” mövzusunda elmi-nəzəri konfrans baş tutub.
Konfransa giriş sözü ilə Ümumi işlər üzrə prorektor Xəyal Camalov çıxış edib, sonra tədbir məruzəçilərin çıxışları ilə davam etdirilib.
Konfransda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Həsənalı Eyvazlı, kafedranın dosenti Fəxriyyə Cəfərova və baş müəllimi Təranə Qəbulovanın müvafiq olaraq “Canlı təbiəti qorumaq bizim ümdə vəzifəmizdir”, “Yaşıl dünya naminə həmrəy olaq”, “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Dünyanı qurtarmağa yönəıib” və “COP 29 iştirakçı ölkələr üçün iqlim böhranının həllində mühüm addımlar atmağa bir fürsətdir” mövzularında çıxışları dinlənilib. Çıxışlarda canlı təbiətin qorunmasının, yaşıl dünya hədəfinə çatmaq üçün cəmiyyətin birgə fəaliyyətinin vacibliyi vurğulanıb, insanların təbiətə qarşı məsuliyyətli yanaşmasının və ekoloji şüurun artırılmasının əhəmiyyəti qeyd olunub, təbiətə zərər vermədən yaşamaq, təbii resursları daha səmərəli istifadə etmək və ekologiyanı qorumağın yolları haqqında danışılıb. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının məqsədlərinə və bu təşəbbüsün dünyadakı əhəmiyyətinə diqqət çəkilib, bu çərçivənin qlobal miqyasda müsbət dəyişikliklər yaratmaq məqsədini güddüyü, xüsusilə inkişaf etmiş ölkələrin daha çox məsuliyyət daşımalı olduğu diqqət mərkəzində saxlanılıb. BMT-nin iqlim dəyişikliyi ilə mübarizədə dünya ölkələrinin necə bir araya gəldiyi və bu mövzuda həyata keçirilən tədbirlərdən bəhs olunub, COP 29-un iştirakçı ölkələr üçün iqlim böhranını azaltmaq və gələcəkdə daha yaşanabilir bir dünya qurmaq üçün konkret addımlar atmağa imkan yaratdığı ifadə edilib, olunan nəticələrin və müsbət təsirlərin gələcəkdə genişləndirilməsi və davamlı olması üçün zəruri addımların atılması tövsiyə olunub.