“Zəfər sənindir Azərbaycan!” adlı tədbir keçirilib

399336713_856049606176492_3343371351597041705_n
Naxçıvan Müəllimlər İnstitutunda “Zəfər sənindir Azərbaycan!” adlı tədbir keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda “8 Noyabr-Zəfər Günü” və “9 Noyabr-Dövlət Bayrağı Günü” nə həsr olunmuş “Zəfər sənindir Azərbaycan!” adlı tədbir keçirilib
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən institutun rektoru Azad Novruzov qeyd edib ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Rektor diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir deyən rektor bildirib ki, rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də düşmən tapdağından azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu.
Azad Novruzov vurğulayıb ki, 20 il bundan əvvəl Azərbaycan xalqı öz səsini Ali Baş Komandan İlham Əliyevə vermişdir. Biz bu gün Heydər Əliyevin 100 illiyində, Ali baş komandanın 20 illik prezidentlik fəaliyyətində Xankəndində bayrağımızı dalğalandırırıq. Bizə bu günləri yaşadan Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında olan xalqımızın igid oğullarına qazilərinə, şəhidlərinə borcluyuq. Allahdan şəhidlərimizə rəhmət qazilərimizə can sağlığı arzulayırıq. Rektor çıxışının sonunda tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını bu bayramlar münasibətilə təbrik etmişdir.
Sonra Naxçıvan müəllimlər İnstitutunun Musiqi müəllimliyi ixtisasının tələbələrindən ibarət vokal qrupu, müxtəlif ixtisaslardan olan tələbələrdən ibarət “Buta” rəqs qrupunun və Şeir klubunun fəal üzvlərinin “Vətən”, “Zəfər” mövzularında ifa, rəqs və qiraəti ilə bədii hissəyə və birgə hazırladıqları kompozisiyaya baxış olub.
Gənc tələbələr tədbir iştirakçılarına qürurlu anlar yaşadıblar.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti