Naxçıvan Müəllimlər İnstitutunda “Texnologiya Mərkəzi”nin açılış tədbiri keçirilmişdir
Naxçıvan Müəllimlər İnstitutunda “Texnologiya Mərkəzi”nin açılış tədbiri keçirilmişdir
04 noyabr tarixində Naxçıvan Müəllimlər İnstitutunda yeni yaradılan “Texnologiya Mərkəzi”nin təqdimat tədbiri keçirilmişdir. İnstitutun rektoru Azad Novruzovun iştirakı ilə keçirilən tədbirdə institutun professor-müəllim heyəti, “Ümumi fənlər” kafedrasının müəllimləri, Texnologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr iştirak etmişdirlər.
Tədbirə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Rektor 2023-cü ilin “Heydər Əliyev ili” olması münasibətilə ölkədə o cümlədən muxtar respublikada həyata keçirilən yeni layihələrdən, NMİ-də həyata keçirilən tədbirlərdən danışmışdır. Görülən işlərdən biri kimi NMİ-də Texnologiya Mərkəzinin yaradılmasının əhəmiyyətinə toxunmuşdur. Diqqətə çatdırılıb ki, kadr hazırlığı aparılan ixtisasların tədris maddi-texniki bazası hər il gücləndirilir. İlk məzun buraxılışı bu tədris ili olacaq Texnologiya müəllimliyi ixtisası üzrə tədris emalatxanalarının yaradılması peşəkar kadr hazırlığına müsbət təsirini göstərməkdədir. Hazırda NMİ-də “Texnologiyanın tədrisi metodikası kabinəsi”, “Tikiş” emalatxanası, “Ağac emalı” emalatxanası, Tikiş otağı, Kulinariya otağı bu ixtisas üzrə tədrisin keyfiyyətinə müsbət təsir göstərməkdədir.
Rektor bildirib ki, Mərkəzdə tələbələrin əl işlərindən ibarət rəngkarlıq, qrafika, xalçaçılıq, dekorativ tətbiqi sənət, bədii tikmə və heykəltaraşlıq nümunələrindən ibarət əl işləri, müxtəlif materiallardan dizayn edilmiş modellər, kulinariya məhsulları tələbələrin yaradıcılıq nümunələridir və bu iş davam etdirilməlidir.
Sonra tədbir iştirakçıları Mərkəzdə nümayiş olunan əl işləri, dekortaiv tətbiqi sənət nümunələri və rəsm əsərləri ilə tanışlıq olub, Texnologiya Mərkəzinin yaradılmasında fəallığı ilə seçilən bir qrup tələbəyə Təşəkkürnamələr təqdim edilib.
Mərkəzlə tanış olanlar maraqlı nümunələri yüksək qiymətləndiriblər.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti