“8 Noyabr-Zəfər Günü” və “9 Noyabr-Dövlət Bayrağı Günü” nə həsr olunmuş “Tariximizin şanlı səhifələri” adlı tədbir keçirilib
Tədbirə başlamazdan öncə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ilk olaraq çıxış edən institutun rektoru Azad Novruzov qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.
Rektor çıxışının sonunda tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını bu bayramlar münasibətilə təbrik edib.
Sonra Humanitar və ümumi fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Ana Vətən üzərində dalğalanan bayraq uğrunda ölən varsa, Vətəndir” mövzusunda çıxış edib və Vətən savaşında qəhrəmanlıqla vuruşmuş, yağı düşməndən qisasımızı alan qazilərimizə söz verilib. Çıxışçılar tələbələrə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbə haqqında danışıb, onları maraqlandıran sualları cavablandırıblar.
Sonda tələbələrin ifasında bədii hissə və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti