Naxçıvan Müəllimlər İnstitutunda intellektual yarış keçirilmişdir

Naxçıvan Müəllimlər İnstitutunda intellektual yarış keçirilmişdir.

Yarışda I və II kurs tələbələrindən ibarət ümumilikdə 8 komanda mübarizə aparmışdır. İntellektual yarışda ümumi dünyagörüşü ilə bağlı suallar səslənmiş, komandaların bilik səviyyələrinə müvafiq olaraq qalib komandalar müəyyən edilmişdir. I yerin qalibi “Xüdafərin” komandası, II yerin qalibi “Araz” komandası, III yerin qalibi isə “Qarabağ” komandası olmuşdur.