Rəqəmsal mövzulu qrant layihələrlə əlaqədar olaraq Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə infosessiya keçirilmişdir.

01 noyabr 2024-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunda Rəqəmsal mövzulu qrant layihələrlə əlaqədar olaraq Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə infosessiya keçirilmişdir.
Görüşdə açılış sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli çıxış edərək qrant layihələrin vacibliyindən, bu layihələrin tələbələrin gələcəkdə karyerasına müsbət təsirindən söz açmışdır. Eləcə də Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı və maliyyə dəstəyi ilə keçirilən “İdeyanı reallaşdır 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsində qalib olan Naxçıvan Müəllimlər İnstitutunun tələbələrini xüsusi vurğulamış və gələcəkdə tələbələrin bu sahədə daha çox nailiyyətlərinin olması üçün səylə çalışacaqları qeyd etmişdir.
Daha sonra çıxış sözü ilə Azərbaycan Gənclər Fondunun əməkdaşı Bənövşə Qasımova Azərbaycan Gənclər Fondunun yaranma və fəaliyyət istiqamətindən, gənclərin ideya və layihələrini reallaşdırması üçün dəstək fondundan, tələbələrin xüsusi tələbə təqaüd proqramlarından faydalandığını qeyd etmişdir. Bundan başqa rəqəmsal mövzulu qrant layihələr haqqında çıxış edən Bənövşə xanım layihənin yazılmaq qaydalarından, ideyaların gerçəkləşdirilməsi üçün istifadə olunacaq texnoloji həllərdən, layihəyə qoyulmuş tələb və meyarlardan geniş şəkildə söz açmışdır.