Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Oğul” filminin nümayişi keçirilib

398684606_852871893160930_1684611742078403396_n
Naxçıvan Müəllimlər İnstitutunda Pedaqoji fakültə və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Oğul” filminin nümayişi keçirilib. Giriş sözü ilə çıxış edən Pedaqoji fakültənin dekanı Samirə Həsənova bu tipli filmlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O qeyd edib ki, filmin baş qəhrəmanı Natiq Qasımovun həyatı, vətənpərvərliyi, qəhrəmanlığı gənclər üçün örnək simvoludur, onun “Qəhrəmanlıq səlnaməsi” xalqımızın yaddaşında daim yaşayıb və yaşayacaq.
Sonra Təbiət və incəsənət fakültəsinin dekanı Rövşən Vəliyev, Humanitar və ictimai fənlər kafedrasının müdiri Aslan İbrahimov, Tələbə Gənclər Təşkilatının sədri Aygül Məmmədova və fəal tələbələr film haqqında öz təəssüratlarını bölüşüb. Tədbirin sonunda filmlə bağlı suallar səsləndirilib, tələbələrin fikirləri dinlənilib. Müzakirədə fəal iştirak edən tələbələr mükafatlandırılıb.