Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən İnstitutun Ümumi işlər üzrə prorektoru Xəyal Camalov cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin qorunması və ölkədə keçirilən digər ekoloji tədbirlərdə fəal olmağın gənclər üçün vacibliyini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları üquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, ədliyyə müşaviri İsfəndiyar Qasımov mövzu ilə bağlı çıxış edib, tələbələrə ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, yaşıllıqların bərpası, eləcə də ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbiri haqqında ətraflı məlumat veriblər.
Daha sonra “Yaşıl dünya naminə həmrəylik ili”-nə həsr olunmuş videoçarx nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.