Naxçıvan Müəllimlər İnstitutunda maarifləndirmə tədbiri keçirilib

1 oktyabr tarixində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları könüllülük proqramı çərçivəsində NMİ tələbələri ilə maarifləndirici söhbətlər aparıb.
Tədbirdə açılış nitqi ilə Naxçıvan Müəllimlər İnstitutununn Tədris işləri üzrə prorektoru Elşən Məmmədov çıxış edərək, tələbələrdə hüquq düşüncəsinin formalaşması və əhəmiyyəti haqqında danışıb.
Sonra Ombudsmanın şöbə müdirləri Vahidə Bayramova və Asiman Abbasov ölkəmizdə həyata keçirilən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan islahatlardan, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının fəaliyyətindən bəhs edib, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq məqsədilə Ombudsman Aparatında  təşkil olunan könüllülük proqramı barəsində ətraflı məlumat verərək tələbələri könüllülük fəaliyyətinə qoşulmağa çağırıblar.