Naxçıvan Müəllimlər İnstitutunda “Magistrantların elmi fəaliyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir

Müşavirədə II kurs magistrantlar və elmi rəhbərləri iştirak etmişdir. Müşavirəni giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq bildirmişdir ki, ölkəmizdə və o cümlədən muxtar respublikamızda elmi və pedaqoji kadrların hazırlanmasına böyük diqqət və qayğı var. Naxçıvan Müəllimlər İnstitutunda 5 istiqamət üzrə doktorantura səviyyəsinə qəbulun aparılması və pedaqoji elmlər üzrə Dissertasiya şurasının fəaliyyəti bunun bariz nümunəsidir. Müasir dövr elm və innovasiyalar əsri adlandırılır. İndi yeni çağırışlara cavab verəcək elmi və pedaqoji kadrların hazırlanması ixtisaslı kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrinin qarşısında duran ən mühüm vəzifələlərdəndir. Bu çağrışların icrası institutun professor-müəllim heyəti qrşısında mühüm vəzifələr müəyyənləşdirir. Magistratura səviyyəsi elmi tədqiqata yönəlmənin əsas mərhələlərindən biri kimi qiymətləndirilir. Bu baxımdan magistr dissertasiya mövzuları müəyyənləşərkən müasir problemlərin tədqiqi diqqət mərkəzində olmalıdır. Haliyədə institutumuzda II kurs magistratura pilləsi üzrə 40 nəfər müxtəlif mövzularda dissertasiya işi yerinə yetirir. İxtisas kafedralarından verilən məlumatlar bunu deməyə əsas verir ki, dissertasiyaların işlənmə vəziyyəti eksperimental hissənin işlənməsi mərhələsindədir. Mgistrantların mövzuları üzrə 1 elmi məqaləsi və 1 konfrans materialı dərc olunmuşdur. Bu aparılan işlərin mütəşəkkiliyindən xəbər verir. Rektor vurğulamışdır ki, bundan sonra da elmi rəhbərlərin və magistrantların fəaliyyəti daim diqqət mərkəzində saxlanılmalı, manitorinq və qiymətləndirilməsi aparılmalı, müntəzəm olaraq dissertasiyaların işlənmə vəziyyətləri müzakirə olunmalıdır.
Müşavirədə İnstitutun prorektoru, p.ü.f.d. Çapay Quliyev, Elmi katibi, dosent Qurban Qurbanlı, Pedaqogika və psixologiya kafedrasının müdiri, professor İsmayıl Əliyev, Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədov, Magistartura və doktorantura üzrə mütəxəssis, dosent Qızıltac Şahbazova çıxış etmişdir. Müşavirə magistrantlraın fəallığı ilə müzakirə formatında davam etdirilmişdir.