10-18 oktyabr 2024-cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunda Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və intellektual bacarıqlarının üzə çıxarılması məqsədilə silsilə tədbirlər həyata keçirilmişdir. Silsilə tədbirlər çərçivəsində Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən klublar müvafiq olaraq seminar, film nümayişi, intellektual oyun, kitab müzakirəsi, şeirsevərlərlə görüş və s. kimi tədbirlər təşkil etmişdir.

