“18 Oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş tədbir keçirilib
Tədbirə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. İlk olaraq çıxış edən institutun rektoru Azad Novruzov tədbir iştirakçılarını “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü” münasibəti ilə təbrik edib.
Rektor müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Rektor Azad Novruzov 44 günlük Vətən müharibəsinə diqqət çəkərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında məğlubedilməz ordumuzun qələbəsinin müstəqilliyimizin ən parlaq qələbəsi olduğunu qeyd edib. Rektor çıxışınını sonunda müstəqilliyimizin əbədi olması üçün gələcək müəllimlərin üzərinə düşən vəzifələrdən söz açıb.
Tədbirdə Hümanitar və ictimai fənlər” kafedrasının müdiri Aslan İbrahimov “Müstəqilliyimizin bərpası və qorunması xalq-dövlət birliyinin tarixi nailiyyətidir” mövzusunda çıxış edib. Məruzəçi öz çıxışında dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs edib, həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Sonra institut tələbələrinin iştirakı ilə hazırlanan tədbirin bədii hissəsində vətənpərliyə həsr olunmuş müxtəlif məzmunlu şeirlər qiraət olunub, xor və solo mahnılar ifa edilib. 13-14 oktyabr tarixində keçirilmiş “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş şahmat yarışlarının qaliblərinə rektor tərəfindən diplomlar təqdim edilib.
Sonda tələbələrin rəsm əsərlərindən və əl işlərindən ibarət sərgiyə baxış olub.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti