Naxçıvan Müəllimlər İnstitutunda Yaşıl dünya naminə həmrəylik ili ilə əlaqədar olaraq “Yaşıl dünyaya doğru” adlı seminar keçirilib
İnstitutun Pedaqoji fakültəsinin və Riyaziyyatın tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə Tədris işləri üzrə prorektor Elşən Məmmədov giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyəti haqqında danışıb, seminara uğurlar arzulayıb.
Sonra kafedranın müdiri, professor Yaqub Məmmədov çıxış edərək, tədbirin institutun və həmçinin kafedranın tədbirlər planına uyğun olaraq keçirildiyini bildirib, gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyini vurğulayıb.
Seminarda məruzəçi qismində iştirak edən kafedranın müəllimi, doktorant Zinyət Əliyeva təqdimat vasitəsilə mövzu ətrafında tədbir iştirakçılarına geniş məlum verib, bundan öncə bu istiqamətdə görülən işlərdən, keçirilən tədbirlərdən danışıb.
Sonra NMİ-nin əməkdaşı, Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək ictimai birliyinin sədri Aygül Məmmədova və NMİ TGT sədri Altay Cəfərli mövzu ilə əlaqədar gənclərin ekoloji sağlamlaşdırma, enerjidən məqsədyönlü istifadə, tullantıların minimuma endirilməsi, təkrar emal məsələləri haqqında fikirlərini bildiriblər.

