Vahid Məmməd oğlu Rzayevin elmlər doktoru elmi dərəcəsi almaq üçün “Naxçıvanda məktəb təhsili və pedaqoji fikrin inkişaf tarixi ( XIX əsr və XX əsrin əvvəlləri)” adlı dissertasiyasının müdafiəsi keçirilmişdir.
04 oktyabr 2024–cü il tarixində Naxçıvan Müəllimlər İnstitutunun nəzdində 5804.01 – Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi və 5801.01- Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (riyaziyyatın tədrisi metodikası) ixtisasları üzrə pedaqogika elmləri sahəsində elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında qeydiyyat nömrəsi BED 2.40/1 olan Birdəfəlik Dissertasiya şurasının iclasında Vahid Məmməd oğlu Rzayevin elmlər doktoru elmi dərəcəsi almaq üçün pedaqogika sahəsində 5804.01- “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” ixtisasında “Naxçıvanda məktəb təhsili və pedaqoji fikrin inkişaf tarixi ( XIX əsr və XX əsrin əvvəlləri)” adlı dissertasiyasının müdafiəsi keçirilmişdir.
Müdafiənin nəticəsi nəzərə alınaraq iddiaçı Vahid Məmməd oğlu Rzayevə “Naxçıvanda məktəb təhsili və pedaqoji fikrin inkişaf tarixi ( XIX əsr və XX əsrin əvvəlləri)” adlı dissertasiya işini uğurla müdafiə etdiyi üçün 5804.01- “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”) ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi verilməsi barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırması qərara alınmışdır.