Naxçıvan Müəllimlər İnstitutunda görüş keçirilmişdir

2016-2017-ci dərs ilini uğurla başa vuran Naxçıvan Müəllimlər İnstitutu yeni dərs ilinə də böyük ruh yüksəkliyi ilə başlamışdır. Belə ki, ötən tədris ilini institutun pedaqoji kollektivi böyük uğurla yola salmışdır. Bu uğurları daha da inkişaf etdirmək üçün hərtərəfli hazırlıq işləri aparılmış, institutun kompüter otaqları, elektron lövhələr, tədris kabinələri tədris üçün hazırlanmışdır.

Yeni qəbul olunan tələbələrin problemləri də nəzərdən qaçmamışdır. 28 sentyabr və 02 oktyabr 2017-ci il tarixlərdə Təsviri incəsənət fakültəsinə daxil olan yeni müdavimlərlə – Təhsildə Psixoloji xidmət müəllimliyi, Təsviri incəsənət müəllimliyi və Riyaziyyat-informatika müəllimliyi ixtisasıarında təhsil almağa başlayanlarla professor-müəllim heyətinin görüşü keçirilmişdir.

Görüşü fakültənin dekanı, dosent dos.Rövşən Vəliyev açaraq bildirmişdir ki, hər il olduğu kimi bu il də yeni qəbul olunmuş tələbələrimiz ilk gündən qayğı ilə əhatə olunmuşlar. Hər bir tələbə geyimi ilə təmin olunmuş, institutun daxili intizam qaydaları, mühazirə və seminar dərslərinin maqhiyyəti, yeni təhsil islahatının tələbləri, tələbə biliyinin qiymətləndirilməsi meyarları ətraflı izah edilmişdir. Bu gün institutun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, prof.Oruc Həsənli də gənc tələbələrimizlə görüşə gəlmişdir.

Geniş məruzə ilə çıxış edən institutun rektoru, prof. Oruc Həsənli yeni müdavimlərin problemlərindən, onların qarşısında duran çətinliklərdən və onların aradan qaldırılması yollarından, müəllim-tələbə münasibətlərindən, institutun daxili intizam qaydalarından geniş söhbət açmışdır. O, bildirmişdir ki, siz tələbələr artıq yeni tədris ilindən şagird deyil, tələbə adını daşıyırsınız. Bu ad sizin təhsilə münasibətinizdə, cəmiyyətdəki insanlara yanaşmanızda da özünü göstərməlidir. Artıq siz müəllim adınım məsuliyyətini indidən hiss etməlisiniz.

Görüşdə institutun müəllimi, Xarici Əlaqələr Şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həsənəli Eyvazlı çıxış edərək gənc tələbələri təbrik etmiş, şərəfli tələbə həyatında onlara uğurlar diləmişdir.

Tədbirə prof.O.Həsənli yekun vurmuşdur.

2 oktyabr 2017