Təhsil Tələbə Krediti haqqında tələbələrlə görüş keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Təhsil Tələbə Krediti haqqında tələbələrlə görüş keçirilib
Maarifləndirmə məqsədilə keçirilən görüşdə giriş sözü ilə çıxış edən İnstitutun məsul əməkdaşı, Elektron qeydiyyat üzrə baş mütəxəssisi Günel İbrahimova təhsil tələbə kreditlərinin növləri və kreditdən istifadə hüquqları, tətbiq edilən güzəştlər və tələbə təhsil kreditləri üzrə yeniliklər haqqında tələbələrə ətraflı məlumat verib. Təhsil Tələbə Kreditinin ayrılmasında məqsədin təhsilin hamı üçün, xüsusi ilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsi olduğunu diqqətə çatdırıb. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutunun 33-ü birinci kurs olmaqla 430-dan artıq tələbəsi bu imkanlardan istifadə edib və bu say durmadan artır.
Aygül Məmmədova
NMN-nin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi