Naxçıvan Müəllimlər İnstitutunda “Ailədaxili münasibətlərə zərər verən amillər ağır hüquqi nəticələr verə bilər” mövzusunda maarifləndirici tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Təbliğat 100” layihəsi çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunda “Ailədaxili münasibətlərə zərər verən amillər ağır hüquqi nəticələr verə bilər” mövzusunda maarifləndirici tədbir keçirilib
Naxçıvan Muxtar Respublikasının 100 illiyə həsr olunmuş tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli açılış nitqi ilə çıxış etmiş, Komitə Aparatının Ailə qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Yaqut Abbaszadə mövzu ilə bağlı seminar keçmişdir.
Sonra tələbələrin mövzu ilə bağlı fikirləri dinlənilmiş, sualları cavablandırılmış və həmçinin müvafiq mövzuda hazırlanmış buroşürlər paylanılmışdır.