İnstitutda pedaqoji təcrübəyə həsr edilmiş konfransı keçirilmişdir

28 sentyabr 2018-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda “2018-2019-cu tədris ilinin birinci yarısında əyani təhsil formasının IV kurs “Təhsildə sosial psixoloji xidmət” və “Təsviri incəsənət müəllimliyi” ixtisaslarının II pedaqoji təcrübəsinə həsr edilmiş başlanğıc konfransı” keçirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublika Təhsil Nazir liyinin əməkdaşları və Naxçıvan şəhər tam orta təhsil müəssisələrinin direkitorları və müəllimləri də iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev qeyd etdi ki, Azərbaycan Respublikasının təhsil qanununa uyğun olaraq

tələbələrimiz bu gündən 8 həftəlik pedaqoji təcrübəyə başlayırlar. Onlar təcrübəni əvvəlcədən razılaşdırılmış Naxçıvan şəhərindəki 8, 10, 11, və 14 saylı tam orta məktəblərdə keçəcəklər.

Pedaqoji  təcrübələrin aparılması istiqamətində artıq yeni dövrə qədəm qoyuruq. Bu o deməkdir ki, təcrübənin kurikulum və İKT səviyyəsində həyata keçirilməsinə çalışmalıyıq. Hazırda tələbələrə nəzəri bilikləri verməklə yanaşı pedaqoji təcrübələrin  də yüksək səviyyədə keçirilməsini  təmin etmək lazımdır.

Rektor qeyd etdi ki, onu da bilmək lazımdır ki, təcrübəyə tələb ciddidir. Bugünkü təcrübəçi tələbələr sabahın müstəqil müəllimləri olacaqlar. Ona görə də onlar üçün elə metodistlər seçilməlidir ki, onlar müasir dərsi, problemin qoyuluşunu və onun mərhələlərlə inkişaf etdirilməsini təcrübəçilərə düzgün mənimsədə bilsinlər. Eyni zamanda istər ibtidai, istərsə də yuxarı siniflərdə tədris olunan orta məktəb dərsliklərimiz olmalıdır ki, təcrübəçi məktəbə qədəm qoymamışdan dərslikdəki mövzulardan xəbərdar olsun.

Naxçıvan Muxtar Respublika Təhsil Naziri Rəhman Məmmədov çıxışını  əvvəlində təcrübəçi tələbələri təbrik edərək bildirdi ki, Naxçıvan Muxtar Respublika rəhbərliyi təhsilin inkişafına daim ciddi fikir verir. Eyni zamanda pedaqoji yönümlü institut kimi Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinə də qayğı ilə yanaşır.

Bu gün  tədbir keçirdiyimiz tədris binasının yenidən qurulması və hərtərəfli təmin olunması da dediklərimizin əyani göstəricisidir. Bu mənada təhsilin bütün mərhələlərində  işin düzgün qurulması günümüzün vacib məsələsidir.

Nazir mühüm bir məsələyə də münasibət bildirdi ki, bu gün təcrübəyə gedən tələbələrimiz sabah institutu bitirdikdən sonra bizim məktələrdə işləməyi seçsələr daha yaxşı olar. Bunun üçün ciddi söhbətlər aparılmalıdır.

Sonra İnstitutun təcrübə rəhbəri Təranə Əliyeva və Pedaqogika-psixologiya kafedrasının müdiri Q.Şahbazova təcrübəci tələbələr və metodist müəllimlərin qarşısında duran vəzifələr haqqında məlumat verdilər.

İnstitutun  rektoru, dosent Elbrus İsayev  konfransın işinə yekun vurdu.

 

dosent    Həsənəli Eyvazlı
Naxçıvan Müəllimlər İnstitutu