“Azərbaycan Dövlət Suverenliyi Gününün qeyd olunmasının tarixi əhəmiyyəti” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

  İnstitutun Tələbə Gənclər Təşkilatı və Humanitar və ictimai fənlər kafedrasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ümumi işlər üzrə prorektor İlqar Hacıyev, Pedaqoji fakültənin dekanı Samirə Həsənova, Humanitar və ictimai fənlər kafedrasının müdiri Aytəkin Qəhrəmanova, kafedranın müəllimi Altay Cəfərli və Tarix müəllimliyi ixtisası üzrə tələbələr iştirak edib.
Dəyirmi masada çıxış edənlər Sərəncamın tarixi əhəmiyyəti, qəhrəman şəhidlərimizin qanı bahasına qazanılan Şanlı zəfər, Qərbi Azərbaycana Qayıdışla bağlı fikirlərini bildirib, bütün Azərbaycan xalqını bu münasibətlə təbrik ediblər.