Bir qrup medya nümayəndəsi Naxçıvan Müəllimlər İnstitutunda olub
20 sentyabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 sentyabr 2024-cü il tarixli “Naxçıvan Müəllimlər İnstitutunun yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” 416 №-li Qərarı ilə əlaqədar olaraq bir qrup medya nümayəndələri Naxçıvan Müəllimlər İnstitutunda olmuş, institutun maddi texniki bazası, tədrisin təşkili və kadr potensialı ilə yaxından tanış olmuşdur.