Naxçıvan Müəllimlər İnstitutunda tələbə gənclər təşkilatları ilə birinci kurs tələbələrinin görüşləri keçirilib

381056150_827182642396522_3727705174106990938_n
19-20 sentyabr tarixlərində tələbə gənclər təşkilatlarının ənənəvi olaraq həyata keçirdiyi birinci kurs tələbələri ilə yeni tədris ili üçün görüşləri təşkil olunub.
Tədbirdə ilk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümumi işlər üzrə prorektor İlqar Hacıyev, fakültə dekanları Samirə Həsənova, Rövşən Vəliyev, Tahirə Həsənova, institut kitabxanasının müdiri Aysu Rəsulzadə, Tələbə Gənclər Təşkilatının sədri Aygül Məmmədova və idarə heyəti çıxış edib. Çıxışlarda tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onlara yeni bacarıqlar qazandıraraq qabiliyyətlərininin təkmilləşdirilməsi, gənclərin cəmiyyətin ən aktiv üzvlərindən birinə çevrilməsi və institutun tələbə həyatında baş verən yeniliklərlə bağlı məlumat verilib, institutda fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Elmi Cəmiyyətinin və digər klub və mərkəzlərin tələbələrin dərsdən kənar fəaliyyətinin daha faydalı, daha səmərəli təşkil olunması üçün mühüm olduğu vurğulanıb.
Çıxışçılar tələbələrə vətənpərvərliyin təbliği, milli-mənəvi dəyərlərin qorunması, ictimai-sosial layihələrin hazırlanması, elmi yeniliklərin araşdırılması və könüllülük işinin təşkili istiqamətində təşəbbüskar olmağı tövsiyə edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.