İncəsənət kafedrasının müəllimləri Gürcüstanın Tbilisi Dövlət Universitetində keçirilən I Beynəlxalq Simpoziumunda iştirak ediblər.
Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının müəllimləri, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Murad Babayev və Həbib Allahverdiyev 10-12 sentyabr tarixlərində Gürcüstanın Tbilisi Dövlət Universitetində “Təsviri sənətdə- ənənə, imkanlar və çağırışlar” mövzusunda keçirilən I Beynəlxalq Simpoziumunda iştirak ediblər.
Simpoziumun proqramına əsasən müəllimlərimiz konfrans, plener və sərgidə uğurlu iştirak və təqdimatlarına görə Universitetin İncəsənət və Humanitar Elmlər Fakültəsi tərəfindən sertifikata layiq görülüblər. Müəllimlərimizi təbrik edir, uğurlar arzulayırıq