İnstitutunun rektoru Azad Novruzov institutun magistratura təhsili səviyyəsinə qəbul olunmuş birinci kurs magistrantlarla görüşüb
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov institutun magistratura təhsili səviyyəsinə qəbul olunmuş birinci kurs magistrantlarla görüşüb, onları təbrik edib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Rektor bildirib ki, “Bu gün Azərbaycan gəncliyinin üzərində son dərəcədə böyük etimad və məsuliyyət var. Bu etimad və məsuliyyət özünün təkcə Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimiz kimi düşmənlə üzbəüz cəbhədə yox, həm də elm cəbhəsində uğur qazanmaqla göstərməlidir. Sizin bilikli, savadlı olmağınız eyni zamanda dövlət və dövlətçiliklə, vətənpərvərliyinizlə eynilik təşkil etməlidir. Bu hər birimiz- həm professor-müəllim kollektivi, həm də magistrantlar üçün ali məqsəd, ali hədəf olmalıdır.”