Naxçıvan Müəllimlər İnstitutunda 15 sentyabr-“Bilik günü” münasibəti ilə tədbirlər keçirilib.
İnstitutun bir qrup professor-müəllim heyətinin, institututa yeni qəbul oiunmuş birinci kurs tələbələrinin və onların valideynlərinin iştirak etdiyi tədbir ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin anılması, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanılıb.
Sonra İnstitutun rektoru Azad Novruzov çıxış edərək ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün uğurla davam etdirildiyini qeyd edib, gənc nəslə göstərilən diqqət və qayğıdan, ali və ümumtəhsil məktəblərində təhsilin inkişafı istiqamətində görülən işlərdən, institutda təhsil səviyyələri üzrə qəbul aparılan ixtisaslardan danışıb. İnstitutda yaradılmış infrastruktur, təhsil şəraitini diqqətə çatdırıb. Azad Novruzov bildirib ki, bu gün gənc nəslin üzərinə daha ciddi məsuliyyət düşür. Onlar yaradılmış şəraitdən daha səmərəli istifadə etməli, öz inkişaflarının qayğısına daha çox qalmalıdırlar. Rektor qeyd edib ki, son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.
İnstitutun uğurlarından, qarşıda duran vəzifələrdən danışan Azad Novruzov əlamətdar gün münasibəti ilə tələbələri təbrik edib, təhsillərində onlara uğurlar arzulayıb.
Tədbirdə yeni qəbul olan tələbələr sevincini tədbir iştirakçıları ilə bölüşüb və tələbə yoldaşlarına uğurlar arzulayıblar.
Valideynlər çıxış edərək ilk gündən göstərilən diqqət və qayğı üçün Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyətinə minnətdarlıqlarını bildiriblər.
Aygül Məmmədova
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidməti