Yeni tələbələrlə ilk görüş

Hər il olduğu kimi bu ul də ölkəmizin hər yerində 15 sentyabr  “Bilik günü” kimi qeyd edilir. Bu ilki “Bilik günü” həm də ona görə əlamətdardır ki,  Bakının 1918-ci ildə istiladan azad olunmasının 100 illiyi ilə eyni günə təsadüf edir.

Belə bir əlamətdar gündə – 15 sentyabr 2018-ci il tarixdə Naxçıvan Müəllimlər  İnstitunun böyük akt zalında instituta yeni qəbul olunmuş müdavimlərlə ilk görüş keçirildi.

Tədbiri giriş sözü ilə açan İnstitutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev çıxış edərək instituta yeni qəbul olunanları tələbə adı almaları münasibəti ilə təbrk etdi. Rektor çıxışında bildirdi ki, bu il institutda 7 ixtisas üzrə nəzərdə tutulan plan yerləri tamamilə dolmuşdur. Bu da o deməkdir ki, Naxçıvan Müəllimlər  İnstitunda oxumaq istəyənlərin marağı və sayı günbəgün artır. Təqdirəlayiq haldır ki, bu il həm də institutumuzda tələbə adı qazananların 16 nəfəri 500-dən yuxarı bal toplayanlardır. Bu onu göstərir ki, ölkəmizdə dövlətimizin təhsilə göstərdiyi qayğı və gənc nəslin bu istiqamətə həvəsləndirilməsi öz bəhrəsini verir.

Rektor onu da bildirdi ki, bu gün qəbul olunduğunuz bu institut xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun  filialı kimi  gənclərimizə ən böyük hədiyyəsi oldu. 2003-cü ildə isə Muxtar Respublika Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük səyi və qayğısı ilə müstəqil instituta çevrildi. Bu qayğının nəticəsidir ki, İnstitutumuz yenidən quruldu, genişləndirildi, hər cür avadanlıqla təmin olundu. İndi institutda müasir fənn laboratoriyaları, kabinələr, elektron lövhəli auditoriyalar  tələbələrin  ixtiyarına verilmişdir. Əziz tələbələr, siz gələcəyin müəllimi olacaqsınız, özünüzdən sonrakı nəsli düzgün tərbiyə etmək üçün hərtərəfli biliklərə yiyələnməlisiniz. Ona görə də dərsdən sorakı vaxtlarınızı səmərəli keçirmək üçün  institdaxili ictimai tədbirlərdə yaxında iştirak etmənizi və zəngin kitabxanadan istifadə etməyi tövsiyə edirəm.

Əziz tələbələr 15 sentyabr hər il ölkəmizdə “Bilik günü”  kimi qeyd edilir. Bi il isə həm də ona görə əlamətdardır ki,  Bakının 1918-ci ildə işğalçılardan  azad olunmasının 100 illiyi tamam olur.

Tədbirdə yüksək balla fərqlənən tələbələrə təntənəli halda tələbə biletləri təqdim edilmişdir. Tələbələrdən  Xanım İsfəndiyarova, Qələmzər Əliyeva, Aynur Abdullayeva, Nuri Xavər və başqaları çıxış edərək gələcəkdə Müəllimlər İnstitutunun adına layiq tələbə olacaqlarına və böyük qayğıya görə dövlətimizə  minnətdarlıqlarını bildirdilər.

Sonra valideynlərdən Şahin Dünyamalıyev və Ofelya Piriyeva institutun kollektivinə yeni dərs ilində uğurlar dilədi.

İnstitutun professorları Akif İmanlı, Yusif Səfərov,  Yaqub Məmmədov və baş müəllim Tamara Baxşəliyeva çıxış edərək tələbələri təbrik etmiş, onlara uğula arzulamışlar.

Sonda Naxçıvan Müəllimlər  İnstituna həsr olunmuş videoçarx nümayiş etdirildi.

İnstitutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev tədbirə yekun vurdu.

dosent  Həsənəli Eyvazlı
Naxçıvan Müəllimlər  İnstitutu