Naxçıvan Müəllimlər İnstitutunda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “2025-ci təqvim ilində məktəbəqədər təhsil ixtisası üzrə proqram akkreditasiyası və İbtidai sinif müəllimliyi ixtisası üzrə təkrar proqram akkreditasiyasının keçirilməsi barədə” qərarından irəli gələn vəzifələrin icrası ilə bağlı məsələləri ətraflı təhlil etmək üçün NMİ nəzdində yaradılmış akkreditasiya komissiyasının növbəti geniş iclası keçirilib.
İclasda Akkreditasiya prosesinin təşkili ilə bağlı məsələlər müzakirə olunub.

